Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 09:22:00
Ötən il erkən nikaha cəlb olunan qızların sayı AÇIQLANDI

Erkən nikahların qarşısının alınması ilə bağlı hər nə qədər tədbirlər görülsə də, təəssüf ki, yenə də bunun tam qarşısını almaq olmur. 

 

AzEdu.az Təhsil Portalı olaraq ötən il rəsmi qeydə alınmış erkən nikahların statistikanı öyrənmək üçün Dövlət Statistika Komitəsinə sorğu ünvanladıq. 

 

Komitəsindən bildirilib ki, 2023-cü ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən nikahları rəsmi qeydə alınmış 17 yaşda (Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.2.-ci bəndinə əsasən üzürlü səbəblərdən nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına "17 yaş" icazə verilir) gəlinlərin sayı 223 nəfər olmuşdur:

 

“Eyni zamanda qeyd edirik ki, inzibati ərazi vahidləri üzrə məlumatlar statistik işlər planına uyğun olaraq cari ilin may ayında hazır olacaqdır”.