Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 09:52:49
Pakistanda təqaüdlə təhsil İMKANI
Pakistan İslam Respublikasının COMSATS Universiteti 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir.
 
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Agentlikdən bildirilib ki, Pakistan İslam Respublikasının COMSATS Universiteti 2024-2025-ci tədris ilində xarici ölkələrin vətəndaşları üçün tələbə qəbulu elan edir.
 
Proqram çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları magistratura səviyyəsində təqaüdlü təhsil ala bilərlər.
 
Təqaüd proqramı ilə bağlı ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış ola bilərsiniz.
 
 
Qeyd edək ki, müraciət üçün son tarix 30 iyun 2024-dür.