Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 16:53:04
DİM musiqi sənəti istiqamətində onlayn sınaq imtahanı keçirir

2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar ötən il olduğu kimi bu il də test üsulu ilə keçiriləcək.

 

Bu barədə DİM-dən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, bu il abituriyentlər ixtisas imtahanlarında iştirak edib müsbət qiymət aldıqdan sonra nəzəriyyə fənləri üzrə imtahanlarda iştirak hüququ qazanacaqlar.

 

İştirakçıların imtahana daha da yaxşı hazırlaşmalarını təmin etmək üçün musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio, musiqi ədəbiyyatı fənləri üzrə onlayn sınaq imtahanları otk.az saytında yerləşdirilib. Abituriyentlər müvafiq keçidlərə (Azərbaycan bölməsi və rus bölməsi) daxil olaraq onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasına, 10 sual isə musiqi nümunələrinin təyin edilməsinə aiddir.

 

İmtahanlarda qiymətləndirmə 10 ballıq şkala ilə aparılır.