Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-06 15:00:00
SDU-da "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb

Məlum olduğu kimi, DİM-in təqdim etdiyi xidmətlərlə bağlı imtahan iştirakçılarına kömək etmək məqsədilə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzlər”i fəaliyyət göstərirlər.

 

Bu barədə DİM-dən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti məsləhət mərkəzi Sumqayıt Dövlət Universitetində (Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küç.,1) yaradılıb.



“Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.