Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 10:38:39
Məktəbdəki işıq problemi həll olundu

Bir neçə gündür Binəqədi rayonunda yerləşən 335 saylı tam orta məktəbə elektrik enerjisinin verilişinin dayandırıldığı bildirilir. Bu səbəbdən təhsil müəssisəsinin kollektivi və orada təhsil alan şagirdlərin soyuqda, qaranlıqda qaldığı qeyd edilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

İddia olunur ki, buna səbəb məktəbin elektrik enerjisinə borcun yaranmasıdır. Məhz bu səbəbdən də ötən həftənin cümə günündən məktəbə verilən elektrik kəsilib.

 
335 nömrəli tam orta məktəbdən bildirilib ki, artıq təhsil müəssisəsində elektrik təminatı bərpa edilib.