Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 09:15:20
İnsan ömrünün 16 il uzatmağının sadə yolu

ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin bir qrup alimi zoğalın faydalı xüsusiyyətini kəşf edib.

 

AzEdu.az xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Nutrition” jurnalında dərc olunub.

 

Alimlərin araşdırmasına görə, zoğal gündəlik istifadə edildikdə ölüm riskini 31 % azaldır ki, bu da ömrü orta hesabla 16 il uzadır.

 

Giləmeyvələr xoleretik, bakterisid, spazmolitik, kardiotonik təsirlərə malikdir, qan damarlarının kövrəkliyini və keçiriciliyini azaldır, radionuklidləri bədəndən çıxarmağa qadirdir, həmçinin xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyi sübut edilib.

 

Məlum olub ki, ölüm riskini ən çox zoğal (31%), qaragilə (21%) və çiyələk (14%) azaldır. Müəlliflərin fikrincə, ən yaxşı təzə giləmeyvə yeməkdir, lakin mövsümdənkənar dövrdə mürəbbə, kompotlar və ya tərkibində çoxlu şəkər olan digər yeməklər istisna olmaqla, istənilən formada giləmeyvə yemək məqsədəuyğundur.