Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 15:56:41
DİM-də təlim təşkil edilib  

23 fevral 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin, İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən “Münaqişələrin idarə olunması” mövzusunda təlim təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak edib.

 

Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib.

 

Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar keyslər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.