Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 20:23:59
STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb

Fevralın 19-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb.

 

AzEdu.az xəbər ki, mərkəzə qəbul olunan şagirdlər bacarıqları və maraqları nəzərə alınaraq qruplara bölünüb və burda IV- XI sinif şagirdləri üçün proqlaşdırma, mühəndislik- elektronika, 3D printer və 3D model hazırlama, istehsal-CNC lazer yaradıcılıq, Vex Lego- Robototexnika, STEAM uşaq, dron texnologiyası üzrə təlimlər təşkil olunacaq. 

 

Şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər. 

 

Mərkəzdə həmçinin məktəblilər XXI əsr bacarıqlarını- kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. 

 

Dərslər həftədə 2 gün saat 14:30- 17:00 arası olmaqla keçiriləcək.

 

STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlayan məktəblilərimizə uğurlar arzulayırıq!