Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 12:39:50
DİM-də dövlət qulluğu üzrə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 mart 2024-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.
 
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib. 
 
Bildirilib ki, inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat 14 mart saat 10:00-dək, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı BB qrupu üzrə 29 fevral saat 23:59-dək baş tutacaq.
 
Qeyd edək ki, AB, AC, BA qrupları üzrə isə 14 mart saat 10:00-dək həyata keçiriləcək.