Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 11:04:17
Müəllimlər üçün əla FÜRSƏT

Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. 


Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. 


Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral - 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.


Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.