Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 09:00:00
“Tarixdə bu gün” - 13 fevral nə ilə yadda qalıb?

Bu gün dünənin aynasıdır. Dünən baş vermiş hadisələr bu gündə özünü göstərir. Əsasən tarixi əhəmiyyətli hadisələrin izləri illər keçməsinə baxmayaraq həmişə yaddaşlarda qalır

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

13 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

13 fevral 1975-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədov anadan olub:

 

O, 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Pirişküldə, Murovdağda xidmət edib. 

 

Xanoğlan Məmmədov bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

13 fevral 1986-cı ildə Qazax Dövlət Rəsm Qaleryası yaradılıb:

 

Qalereyanın sahəsi 490 kv.m-dir. O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir. Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri, görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır. Fondda 548 əsər var. Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir, qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur. 

 

13 fevral 1993-cü ildə Azərbaycan və İordaniya arasında doplomatik əlaqə qurulub:

 

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ikitərəfli münasibətlər İordaniya 28 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ilin 13 fevral tarixində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. 

 

13 fevral 2009-cu ildə Azərbaycan şairi Bəxtiyar Vahabzadə vəfat edib: 

 

O, Azərbayxan Dillər Universitinin (ADU) Filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.  

 

13 fevral Beynəlxalq Radio Günüdür: 

 

19 oktyabr 2011-ci ildə keçirilən YUNESKO-nun Baş konfransında 13 Fevral Dünya Radio Günü kimi elan edilib.

 

13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günüdür:

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.