Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 08:40:47
Abşeronda iki məktəbli qız itkin düşdü 

Abşeronda iki məktəbli qız itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.

 

Bildirilib ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri, Məmmədli Saray və Muradzadə Aydan saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

 

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.