Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-07 13:06:00
“Tarixdə bu gün” - 7 fevralda nələr baş verib?

Tarix yazan insanlar həmişə özəl olaraq xatırlanır. Onların şücayəti, cəsurluğu, mərdliyi, incəsənətə, mədəniyyətə, elmə tövhələri hər zaman dillərə dastan olur.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

7 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

7 fevral 1967-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Nazim Quliyev anadan olub:

 

 Açıklama yok.

Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə gedib.

1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində rəşadətlə vuruşmuşub. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə 24 yaşında həlak olur. Füzuli rayonunun Yağlıvənd kəndində dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülub.  Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra məzarı aşkara çıxarılıb.

Qeyd edək ki, Yağlıvənd və Örənqala məktəbləri onun adını daşıyır.

 

7 fevral 1975-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayev anadan olub:

Açıklama yok.

 

O, 1992-ci ildə Salyan rayonu Aydıngün (indiki S. Qurbanov adına Yeni Uluxanlı) kənd tam orta məktəbini bitirib, 1993-cü ildə Milli Orduya çağırılır.

O, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşmuşub 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak etmiş və 15 mart 1995-ci il qardaş gülləsindən həlak olub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülub.

 

7 fevral 1988-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov anadan olub:

 Açıklama yok.

O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülüb. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.

Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 45, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.

 

7 fevral 1991-ci ildə rayonlarımızın adı dəyişdirilib:

 

Milli Məclisin qəbul etdiyi qərarla Qutqaşen şəhərinin adı Qəbələ şəhəri, Mirbəşir şəhəri Tərtər, Puşkin şəhəri Biləsuvar, Şamxor şəhəri Şəmkir və Vartaşen şəhərinin adı isə Oğuz olub.

 

7 fevral 1993-cü ildə Azərbaycan SSR Xalq artisti Şövkət Ələkbərova vəfat edib:

 

 Açıklama yok.

 

O, 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gedir. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayır 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.