Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 15:35:00
“Sinifdə çox şagird olması nəticələrə təsir etmir”

“Şagird sayı 40-dan çox ola siniflər ilə şagird sayı 20-dən az olanların nəticəsində ciddi və nəzərəçarpacaq fərq yoxdur”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov öz şəxsi feysbuk hesabında paylaşıb.

 

“Azərbaycan məktəblərində (4430 məktəb) ümumilikdə 85 min 626 sinif var. 49 min sinifdə şagird sayı 20 nəfərdən azdır. Ümumi sinif sayının 23 faizində şagird sayı 21-25 arasındadır. Yalnız 311 sinifdə şagird sayı 40 nəfərdən çoxdur. Bu isə bütün siniflərin 0,4 faizini təşkil edir.

 

Elmi statistik təhlil keyfiyyət səviyyəsini təsdiq edir. Abituriyent 12 jurnalındakı statistik göstəricilər ilə deyə bilərik ki, şagird sayı 40-dan çox ola siniflər ilə şagird sayı 20-dən az olanların nəticəsində ciddi və nəzərəçarpacaq fərq yoxdur”.