Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 11:29:00
“Universitetlərdə güzəştlər ənənəyə çevrilməməlidir”

Bildiyiniz kimi universitetlərdə payız semestrinin qış imtahan sessiyası davam edir.

 

Maraqlıdır, semestr imtahanlarında nizam-intizam qaydalarını pozan tələbələrin aqibəti necə olur?

 

AzEdu.az bu bardə Qərbi Kaspi Universitetinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq universitetin KİV və İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Vüsal Məmmədov qeyd edib ki, semestr ərzində tədris elə təşkil olunmalıdır ki, tələbə imtahana cəza kimi yox, qiymətləndirmə mərhələsi kimi baxsın:

 

“İmtahanların gedişində pozuntulara çox az hallarda rast gəlirik. Birincisi, nəzarət sistemi bunu təmin edir. Yeni texnologiyalar imtahanların gedişinə daha effektiv nəzarət etməyə imkan verir. Qiymətləndirmə isə yalnız tələbənin biliklərinin qiymətləndirilməsi deyil, həm də universitet öz verdiyi təhsili qiymətləndirir” .

 

Vüsal Məmmədov bildirib ki, tələbələrə güzəşt ənənəyə çevrilməməlidir:

 

“Güzəştlərə gəldikdə isə düşünürük ki, bu, ənənəyə çevrilməməlidir, tələbə qaydaları bilməli və ona əməl etməlidir. Əgər güzəştlər ənənəyə çevrilsə, bu qaydalar işləməyəcək. O məsələdə güzəşt selektiv xarakter daşımamalıdır, hər kəsə yanaşma bərabər olmalıdır”.