Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-27 14:12:00
Ötən il uşaqlara ən çox hansı adlar qoyulub? - SİYAHI 

Ötən il Azərbaycanda oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, uşaqlara qoyulan adlar arasında ilk onluq təqdim olunub.

 

Belə ki, keçən il oğlan uşaqlarına ən çox Uğur (1800) adı qoyulub. Bundan sonra Əli (1720), Yusif (1539), Hüseyn (1506), Ömər (1071), Raul (1059), Məhəmməd (1036), Adəm (925), Murad (882) son olaraq isə Ayxan (752) adı ilə ilk 10-luq qərarlaşıb.

 

Ötən il qız uşarlarını isə ən çox Zəhra adı (1644) verilib. Siyahının davamında Məryəm (1419), Zeynəb (1382), Aylin (1327), Nilay (1211), Fatimə (1139), Ayla (1100), Mələk (1062), İnci (925) və Melisa (897) adları gəlir.