Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-27 11:20:00
“Tarixdə bu gün” – 27 yanvarda nələr baş verib?   

Bu günün formalaşmasında dünənin rolu var. Keçmişdəki tarixi əhəmiyyətli hadisələr, eləcə də dünyada və ölkədə baş verənlər tariximizin zənginləşməsində, gələcəyimizin formalaşmasında bilavasitə rola malikdir.

 

AzEdu.az Təhsil Portalı “Tarxidə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

27 yanvar tarixində baş vermiş hadisələri təqdim edirik.

 

27 yanvar 1880-ci ildə Tomas Edison elektrik lampasının patentini yaradıb:

 

Elektrik lampasının yaranması tarixdə böyük elmi kəşf hesab olunur.


Belə ki, XIX  əsrin sonuncu onilliyində   Avropada, daha sonra isə bütün dünyada lampadan istifadə edildi. Elektrik işıqlandırılması elm və  texnikanın tarixində  çox mühüm hadisələrdən biri olmaqla, həm də  böyük və  cürbəcür nəticələrə  gətirdi.

 

Lampanın bu formasını Tomas Edison kəşf edib edib. Bu ixtira digərlərini qabaqlayaraq bütün dünyaya uğurla yayılıb.

 

27 yanvar 1906-cı ildə Azərbaycan alimi, tarixçisi və şərqşünası, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Sara Aşurbəyli anadan olub:

 

Sara Aşurbəyli 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirib. 


O, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışıb, eləcə də ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyub.

 

Qeyd edək ki, S.Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi.

 

27 yanvar holokost qurbanlarının Beynəlxalq Anım Günüdür:

 

Holokost İkinci Dünya Müharibəsi dövründə (1939-1945) milyonlarla avropalı yəhudinin təkcə milli mənsubiyyətinə görə soyqırımı hadisəsidir.

 

Qeyd edək ki, ümumilikdə Avropada yaşayan hər 10 yəhudidən 7-si bu faciə zamanı qətlə yetirilmişdi.

 

27  yanvar 1998-ci ildə pul uduşlu oyunlar keçirilən obyektlərin fəaliyyəti dayandırılıb:  

 

Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda kazinoların, totalizatorların, eləcə də pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.

 

27 yanvar 2010-cu ildə Apple iPad-ı elan edib:

 

Yaradılmış iPad  0,5 düym qalınlığında və cəmi 1,5 funt ağırlığında olub. O, istənilən notbukdan daha nazik və yüngüldür. iPad xüsusi olaraq iPad üçün nəzərdə tutulmuş 12 yeni innovativ proqramdan ibarətdir və App Store-da 140 000-dən çox tətbiqin demək olar ki, hamısını işlətmə qabiliyyətinə sahibdir.

 

Qeyd edək ki, iPad-in ilkin minumum satış qiyməti 499 dollardan başlayıb.