Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 10:50:10
Türkiyədə təqaüdlə oxumaq istəyənlərin nəzərinə

Türkiyə Respublikası tərəfindən 2024-2025-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramına qəbul elan olunub.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

 

Proqrama sənəd qəbulu fevralın 20-dək davam edəcək.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.