Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 12:16:00
Repetitor olmadan yüksək nəticə göstərən şagird fitri istedada malikdir

Məlumdur ki, abituriyentlər ali məktəbə qəbul olmaq üçün repetitorlara üz tuturlar. Bir çoxları düşünür ki, indiki dövrdə hazırlığa getmədən ali təhsil müəssisələrinə qəbul olmaq mümkün deyil.

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə repetitor hazırlığı olmadan universitetə qəbul olunan  abituriyentlərin sayı çox azdır:

 

“Qəbul imtahanlarının çətinliyi hamıya məlumdur. Bu çətinliklə mübarizə aparmaq üçün abituriyentlər mütləq orta məktəbdən əlavə bir dəstək almalıdırlar. Həmin dəstək hazırlıq kursları və ya repetitor fəaliyyəti ola bilər. Hazırda repetitor fəaliyyəti olmadan orta məktəbin verdiyi təhsillə yüksək bal toplayıb ali məktəbə qəbul olmaq çox çətindir. Əgər, hər hansı bir şagird fitri istedada, potensiala  malikdirsə hazırlığa getmədən də yüksək nəticə toplaya bilər. Lakin bu prosesi hər şagirdə şamil etmək olmur”.

 

Ekspert qeyd edib ki, abituriyentlərin ali məktəbə qəbul üçün repetitorlardan dəstək alması vacibdir:

 

“Bir çox müəllimlər dərsi keyfiyyətli şəkildə keçirlər. Şagirdlərin hər birinə zaman ayırır, müxtəlif sual və tapşırıqlarla mövzunu daha yaxşı dərk etməsinə zəmin yaradır. Amma bəzi müəllimlərdə var ki, dərsi yola verirlər. Lakin müəllim nə qədər can yandırsa da, məktəb proqramı ilə universitetə qəbul olmaq məsələsi olduqca çətindir. Çünki bu proqramı hədsiz dərəcədə genişdir.

 

Dövlət İmtahan Mərkəzinin qəbul proqramı orta məktəbə görə 5-ci sinifdən 11-ci sinfə qədər davam edir. Məntiqi cəhətdən düşünsək, 5-ci sinifdən 11-ci sinifə qədər olan proqramı orta məktəbdə heç cür mənimsəmək olmaz. Çünki  aşağı siniflərdə keçirilən mövzular yuxarı siniflərdə təkrarlanmır. Ona görə də şagirdin dəstək alması vacibdir”, -deyə fikrini yekunlaşdırıb.