Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-28 16:36:04
BMU-da ingilis dilində açıq dərs keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları ixtisasında təhsil alan tələbələr üçün ingilis dilində (işgüzar və akademik kommunikasiya fənni) açıq dərs təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, universitetin Pedaqoji fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Sevda Hüseynovanın tədris etdiyi açıq dərs ingilis dilində danışıq bacarıqlarının filmlər vasitəsilə inkişafına yönəlib. Dərsdə tələbələr film əsasında müxtəlif fəaliyyətlərə cəlb olunublar. Müvafiq filmdə yunan əsatirlərindən olan obrazlardan ibarət şəkilli lüğət vasitəsilə tələbələrin lüğət bazası, leksik bacarıqları yoxlanılıb, sonra filmin məzmununu əhatə edən suallardan ibarət test tapşırıqları yerinə yetirilib.

 

Tələbələr filmdən seçdikləri epizodlar üzrə qurduqları kiçik səhnəcikləri də nümayiş etdiriblər. Hazırladıqları qısa tamaşalarda tələbələr filmin baş qəhrəmanı, qədim yunan tanrılarından biri Poseydonun oğlu Persinin başına gələn müxtəlif fantastik hadisələri canlandırıblar.

 

Açıq dərsdə iştirak edən İngilis dili kafedrasının müdiri, dos. Nərminə Əliyeva və kafedranın əməkdaşı Xanım Cəfərli yüksək təəssüratlarını paylaşaraq, tələbələrə uğurlar arzulayıblar.