Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 17:40:12
UNEC-də “Proqramlaşdırma sahəsi və karyera imkanları” mövzusunda seminar keçirilib

UNEC-də  Rəqəmsal İqtisadiyyat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrə “Proqramlaşdırma sahəsi və karyera imkanları” mövzusunda seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminar CYBERNETICS Milli Kibertəhlükəsizlik şirkətinin akademik fəaliyyət istiqamətində peşəkar təlimçisi və 7 il fəaliyyət göstərmiş Full-Stack Developer-i Zülfüqar Əsgərzadə tərəfindən keçirilib.

 

Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda tələbələrə hədiyyələr və sertifikatlar təqdim olunub.