Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 11:17:50
UNEC-in gənc tədqiqatçısı Dövlət Proqramının QALİBİ OLDU

UNEC-in Əziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının laborant-tədqiqatçısı, biotexnoloq Sona Hacıyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qalibi olub.

 

AzEdu.az xəbər verir ki, Sona Hacıyeva doktorantura layihəsinin təqdimatından ən yüksək bal (78) toplayaraq, İtaliyanın nüfuzlu Bolonya Universitetinin “Qida elmlər və qida texnologiyaları" ixtisasının doktorantura proqramına qəbul olub. 

 

O, doktorantura təhsilini 3 il müddətinə Dövlət Proqramı ilə İtaliyanın Bolonya Universitetində davam etdirəcək.