Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 09:16:14
Xalq artisti Ramiz Məlik vəfat edib

Xalq artisti Ramiz Məlik vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

 

O bu gün səhər saatlarında vəfat edib.

 

Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək. Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.

 

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub.

 

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

 

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.

 

O tamaşaçıların xatirində Həsən Seyidbəylinin ekranlaşdırdığı "O qızı tapın" filimindəki Ziya obrazı ilə daha çox yadda qalıb.