Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 17:37:00
“Heydər Əliyev irsi: 100 müzakirə”ləri UNEC Biznes Məktəbində davam edib

UNEC-də “Oxu mədəniyyəti” layihəsi çərçivəsində keçirilən növbəti “Heydər Əliyev irsi: 100 müzakirə”ləri Kitabxana İnformasiya Mərkəzi və UNEC Biznes Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

 

AzEdu.az xəbər verir ki, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Oxu mədəniyyəti” çərçivəsində UNEC-də həyata keçirilən tədbirlərdən söz açıb. Universitetin müvafiq strukturları tərəfindən ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən mövzularda müzakirələrin aparıldığını bildirib.

 

Sonra UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, “Biznesin idarə edilməsi” kafedrasının müdiri dosent Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayevakafedranın müəllimi Emil Hacıyev və  Əsaslı kitabxananın müdir müavini Yusif Musayev çıxış edərək, ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətindən, milli iqtisadiyyatın inkişafına qazandırdığı töhfələrdən, eləcə də kitabxana işinin təşkili ilə bağlı apardığı islahatlardan söz açıblar.

 

Tədbirdən sonra iştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış olublar.