Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 15:28:00
BDU- nun 8 tələbəsi “Heydər Əliyev adına təqaüd” QAZANIB

Bakı Dövlət Universitetinin (BDU) təhsildə yüksək nailiyyətləri olan 8 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.

 

“Heydər Əliyev adına təqaüd”ə layiq görülən BDU tələbələri: Siyavuş Bağırov, Günay Abbasova – hüquqşünaslıq ixtisası, Rübabə Aslanova – riyaziyyat müəllimliyi ixtisası, Həbibə Cəfərova – iqtisadiyyat ixtisası, Mehrəngiz Qurbanova – Azərbaycan dili və ədəbiyyatı ixtisası, Hüseyn Quliyev – tarix ixtisası, Sibel Əsgərova – kompüter elmləri ixtisası, Şəhanə Babazadə - coğrafiya müəllimliyi ixtisası.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən, bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.