Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 10:39:53
Yaşlı müəllim münasibətdə olduğu tələbəsini ÖLDÜRÜB

Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 


AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata əsasən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 


Qeyd edək ki, Eynulla Quliyev Şamaxı şəhərində kollec müəllimidir və Bakı şəhər sakini, qeyri rəsmi münasibətdə olduğu iddia edilən Arzu Rəhimovanı maşında bıçaqlayaraq öldürüb.



Araşdırma aparılır.