Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 09:47:05
MDU kollektivi Ulu Öndərin abidəsini ziyarət edib

2023-cü il dekabrın 12-də Mingəçevir Dövlət Universitetinin (MDU) kollektiv üzvləri müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. 



Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla
yad olunub.