Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-11 17:18:00
“Kitabxana etikası” mövzusunda növbəti təlim keçirilib

UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” layihəsi çərçivəsində “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzusunda növbəti təlim İqtisadiyyat və İdarəetmə fakultəsi ilə Türk Dünyası İqtisad Fakultəsinin tələbələri üçün keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı Əsaslı kitabxananın müdir müavini Yusif Musayev “Elektron resurslardan istifadə qaydaları” mövzusunda təqdimat edərək elektron kitabxana xidmətləri, o cümlədən, elektron kataloq, abunə olunmuş və açıq qaydada fəaliyyət göstərən bibliometrik məlumat bazalarından istifadə qaydalarını iştirakçılara nümayiş etdirib.

 

2 saylı kitabxananın müdiri Rəsmiyyə Rzayeva “Akademik kitabxanaların funksiyaları və göstərdiyi xidmətlər” mövzusunda təqdimat edərək, müasir ali təhsilin keyfiyyətinin yüksəldilməsində akademik kitabxanaların funksiya və imkanlarını UNEC nümunəsində izah edərək oxuculara göstərilən xidmətlər və resurslardan səmərəli istifadə prinsipləri haqqında praktik məlumatlar təqdim etmişdir.

 

Kitabxanaçı Nigar Məhərrəmova isə “Kitabxana etikası” mövzusunda çıxış edərək, kitabxanaçı və oxucu arasında səmərəli davranış standartları, kitabxanaçının peşə etikası və oxuculardan gözlənilən etik davranış normaları haqqında ətraflı məlumat verib.  

 

Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.