Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 15:13:00
“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzində “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda növbəti təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibəyə hazırlıq, namizədin vəzifəyə uyğunluğunun qiymətləndirmə meyarları və digər mövzuları əhatə edib.

18 oktyabr 2018-ci il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub. Təlimdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxsləri və müsahibələrdə müstəqil ekspert qismində iştirakı nəzərdə tutulan şəxslər iştirak ediblər.

Təlimdə iştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib, müsahibə prosesi zamanı baş verməsi mümkün olan bəzi fövqəladə hallar zamanı hansı addımların atılmasının məqsədyönlü olacağı məsələləri müzakirə olunub. Həmçinin, təlim iştirakçılarına dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, habelə müsahibə nəticəsindən apellyasiya şikayətlərinə baxılması qaydası barədə təqdimat nümayiş etdirilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.