Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 14:01:00
“Deputatların təhsili”: Arzu Nağıyev harada oxuyub?  

AzEdu.az “Deputatların təhsili” rubrikasına davam edir.

 

 

Budəfəki müsahibəmiz Milli Məclisin deputatı Arzu Nağıyev haqqındadır.

 

 

Deputat ilk növbədə orta təhsili barədə məlumat verib:

 

“1980-ci ildə Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirdim. Təhsil aldığım müddətdə müxtəlif fənlər üzrə keçirilən olimpiyadalarda  iştirak edib, 1,2,3- cü yerlərin qalibi olmuşam. Eyni zamanda, fizika fənni üzrə keçirilən beynəlxalq olimpiyadanın da iştirakçısı olmuşam. Kifayət qədər yaxşı oxuduğum üçün məktəbdə əlaçı idim.

 

Ulu öndər Heydər Əliyevin göstərişi ilə xaricdə təhsil almaq proqramına uyğun olaraq 1980-ci ildə imtahan verdim və maksimum nəticəni göstərdim”.

 

Həmsöhbətimiz 22 beynəlxalq sertifikata sahib olduğunu qeyd edib:

 

“Daha sonra 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə bitirdim. Bu institut indi Moskva İdarəetmə Akademiyası adlanır. İnsititutu bitirdikdən sonra Bakıya qayıtdım. Bir müddət tikintidə işləməyə başladım.

 

1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla tamamladım. Orda xüsusi hərbi peşə sahibi kimi təhsil almışam. Beynəlxalq terrorla eyni zamanda narkotik, insan al-veri, terrorizim, radikal dini qurumlarla bağlı 22 beynəlxlaq sertifikatın sahibiyəm”.

 

Son olaraq A.Nağıyev tələbəlik illərindən danışıb:

 

“Təhsil aldığım müddətdə normal tələbəlik həyatı yaşamışam.  Tələbə vaxtı yataqxanada qalırdım. Bu illərdə hamıda olduğu kimi, xoş xatirələrim olub” - deyə qeyd edib.