Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 08:42:56
Bu gün Abşeronda leysan yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yarlərində yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq.