Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 11:23:15
Elmin beynəmilləşməsi çox vacib addımlardan biridir

"Elmin beynəmilləşməsi çox vacib addımlardan biridir"

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının ( NASCOXXVI) rəsmi açılış mərasimində çıxışı zamanı deyib:

 

"Biz qəbul etməliyik ki, elmin milliyyəti yoxdur. Emosianal milli məsələləri kənara qoyub,dünyanın müxtəlif bölgələrində yaşayan alimlərlə müxtəlif-sosial, siyasi,iqtisadi və s. söhbət aparıb, danışmaq lazımdır. Əgər biz buna nail ola bilsək, alimlik fəaliyyətini digər sahələrdən üstünlüyünü müşahidə etmiş olarıq. Elm və Təhsil Nazirliyi olaraq bir çox gənci xaricdə doktarantura təhsilinə göndərmişik. Bizim niyyətimiz daha çox azərbaycanlı gənci xaricdə təhsil almağa göndərməkdir".