Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 16:38:41
UNEC-in şəhid məzunu Aqil Mirzəliyevin xatirəsi anılıb

8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış fakültənin 2020-ci il məzunu Aqil Mirzəliyevin məzarını ziyarət edib və İsmayıllı rayon Şəhidlər Xiyabanında şəhidlərin əziz xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin açılışında iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Aqil Mirzəliyev 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və 23 oktyabr 2020-ci il tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilib.