Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 13:59:30
Ocaqçılar üçün təşkil olunan təlimlər başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təşkil olunan təlimlər başa çatıb.

 

AzEdu.az xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin peşəkar mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə paytaxtın 12 rayonu üzrə 300-ə yaxın ocaqçı iştirak edib.

 

Təlim iştirakçılarına istilik sistemlərinin mövsümə hazırlanması, qazanxana avadanlıqları ilə davranış, əməliyyatçının vəzifələri, istilik sistemində aparılan sınaqlar, yanğına qarşı təhlükəsizlik qaydası və digər mövzular barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı müzakirələr aparılıb.

 

Qeyd edək ki, təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir.