Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 12:34:22
DİM-də təlim təşkil edilib

Təlimdə Diasporla İş üzrə Dövlət Komitəsinin 44 əməkdaşı iştirak edib.

 

AzEdu.az xəbər verir ki, 2023-cü il 13 noyabr tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib. Təlimdə Diasporla İş üzrə Dövlət Komitəsinin 44 əməkdaşı iştirak edib.

 

Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə təqdimat olunub. Habelə, təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb olunan təlimlərlə bağlı praktiki tapşırıqlar yerinə yetirilib.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.