Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-07 16:57:34
Gəncədə 200 gəncin iştirakı ilə fləşmob FOTO

Gəncədə ticarət mərkəzlərindən birində Zəfər Gününə həsr olunan fləşmob keçirilib.

 

AzEdu.az  xəbər verir ki, fləşmob Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə baş tutub.

 

Şəhid valideynləri və 200 gəncin iştirakı ilə keçirilən fləşmobda Dövlət Himni və vətənpərvər ruhda musiqilər səsləndirilib.

 

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanlarin gənclər arasında tanıdılması, gənclər arasında vətənpərvərlik hisslərinin yüksək səviyyədə aşılanmasıdır.