Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-06 17:06:09
Paytaxt məktəbində sərgi keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş "Qərbi Azərbaycanın qeyri-maddi irsi dünya mirasına töhfədir" adlı sərgi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, sərgidə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Milli Məclisin deputatları Fəzail Ağamalı və Məlahət İbrahimqızı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və sektor müdiri Günay Qurbanova iştirak ediblər.

 

Paytaxtdakı 9 nömrəli tam orta məktəbdə keçirilən sərgidə Qərbi Azərbaycandan gətirilən və soydaşlarımızın yüz illərdən süzülüb gələn adət-ənənələrini əks etdirən geyimlər, məişət, bəzək əşyaları, xalçalar, kilimlər yer alıb. Sərgidəki eksponatların zənginliyi və çoxçalarlılığı ziyarətçilərin marağına səbəb olub və hər bir nümunənin tarixçəsi ilə yaxından maraqlanıblar. 

 

Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər Qərbi Azərbaycan irsinin araşdırılması, informasiya və elmi-tədqiqat cəbhələrimizin önündə duran vacib vəzifələri qeyd ediblər.

 

Tədbir bədii hissə ilə başa çatıb.