Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 13:28:46
MBA proqramında təhsil alan qadınlar neçə faizdir?

Oksford Universiteti, Penn State Universiteti, Corc Vaşinqton Universiteti, Con Hopkins Universiteti və Pensilvaniya Universitetində MBA proqramları da daxil olmaqla, 5 ən yaxşı biznes məktəbində qadınların nisbəti indi ən azı 50% təşkil edir. 

 

AzEdu.az  xəbər verir ki, bunu "The Wall Street Journal" (WSJ) yazıb.

 

Qeyd olunub ki, bu, ABŞ, Avropa və Kanadadakı biznes məktəblərinin MBA proqramlarına kişilərdən çox qadınları cəlb etməyə çalışdığı son illərin nəticəsidir.

 

Araşdırmanı aparan "Forte" fondunun hazırda partnyor qismində 58 biznes məktəbi var. Bu məktəblərdə MBA proqramlarına daxil olan qadınlar 42.1% təşkil edir. 10 il əvvəl bu pay 33% idi. Fondun qeyd etdiyi kimi, ABŞ-da 1980-ci illərdən bəri qadınlar kişilərdən daha çox bakalavr dərəcəsi alıblar. Bununla belə, hüquq və tibb fakültələrində təhsil alan qadınlar daha çox olsa da, biznes məktəblərində vəziyyət fərqlidir.

 

ABŞ-da kişilərdən daha çox qadını qəbul edən ilk biznes məktəbi 2018-ci ildə Cənubi Kaliforniya Universitetində MBA proqramı olub. 2021-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbi də bu nəticəyə nail olan elit məktəblər arasında ilk olub. MBA proqramlarında təhsil alan qadınların ən yüksək nisbəti indi Corc Vaşinqton Universitetindədir - 65%.