Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 11:47:29
NDU-da Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq

Naxçıvan Dövlət Universitetində (NDU) Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq.

 

AzEdu.az xəbər verir ki,  növbəti tədris ilindən etibarən “Tarix müəllimliyi” və “Tarix” ixtisaslarında “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında “Qərbi Azərbaycanın toponimikası”, Muzey, arxiv işi və abidələrin qorunması" ixtisasında isə “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” adlı fənlər tədris olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması göstərişini verib.

 

Naxçıvan Dövlət Universitetində də bu məqsədlə əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini və mədəniyyətini gənc nəslə ətraflı öyrətmək məqsədilə universitetin Elmi Şurasının qərarı ilə bir sıra fənlər təsdiq olunub.