Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 09:08:49
BMU-da “TGT nədir?” layihəsi çərçivəsində məlumat sessiyası

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)  təşkilatçılığı ilə “TGT nədir?” layihəsi çərçivəsində tələbələr üçün məlumat sessiyası keçirilib. 

 

AzEdu.az xəbər verir ki, tədbirdə BMU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Canel Xəlilov universitetin tələbə təşkilatları, klubları haqqında ətraflı məlumat verib. Eyni zamanda, tələbələrin universitetin və ölkənin ictimai həyatında daha fəal iştirakı yönündə icra olunan tədbirlər haqqında danışıb.

 

Sonra ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmov və klublarla iş üzrə meneceri Aqil Quliyev çıxış ediblər. Çıxışlarda ATGTİ-nin həyata keçirdiyi müxtəlif prorqam və layihələrlə bağlı zəruri informasiyalar diqqətə çatdırılıb. Bununla yanaşı, universitetlərdə TGT-lərin önəmindən, tələbələrin ictimai-sosial fəaliyyətlər zamanı qazandıqları təcrübələrin gələcəkdə onların həyatında oynayacağı müsbət roldan bəhs olunub.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.