Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 13:03:36
Tələbələrimiz Qərbi Azərbaycanın tarixi və mədəni irsini araşdırır


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Tələbə Həmkarlar İttifaqının sədri Şahmar Rəfili çıxış edərək AzMİU-da Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılması və təbliğ olunması üçün görülən işlərdən danışıb. Ş.Rəfili çıxışı zamanı bildirib ki, universitet rəhbərliyinin tövsiyəsi ilə AzMİU THİK-in nəzdində Qərbi Azərbaycan Mədəni İrsinin Araşdırılması Mərkəzi yaradılıb və burada tələbələr müəllimlərin mümkün arxiv sənədlərinin və informasiya texnologiyalarının imkanlarından istifadə edərək müxtəlif araşdırmalar aparır, layihələr icra edirlər.


 
Daha sonra layihə rəhbəri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işcisi Ramin Əlizadə çıxış edərək Qərbi Azərbaycanın tarixi və mədəni irsinin tarixi dövrləşdirməyə uyğun olaraq sistemli şəkildə araşdırılmasının əhəmiyyətini qeyd edib. 

 

Çıxışlardan sonra “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən istehsal olunmuş “Göyçə: itirilmiş ocaq” sənədli filmi nümayiş olunub. 

 

Sonda tədbir iştirakçılarına Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda kitablar paylanılıb.