Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 16:11:29
AzTU-nun müəllimi İtaliyada tələbələrə mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının müəllimi Nigar Qurbanzadə “Erasmus+ KA171” mobillik proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində akademik heyət üçün nəzərdə tutulmuş iki həftəlik mobillikdə iştirak edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə AzTU-dan məlumat verilib. 

 

Proqram çərçivəsində o, beynəlxalq tədris metodologiyası ilə tanış olub, Sapienza Universitetinin Menecment kafedrasının professorları ilə birgə çalışmaq fürsəti əldə edib.

 

Nigar Qurbanzadə həmçinin İqtisadiyyat fakültəsinin tələbələrinə performansın idarəedilməsi, innovativ texnologiyanın inkişafı və iqtisadiyyatda rolu fənlərindən mühazirə deyib.