Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-18 09:21:34
UNEC - də Müstəqilliyin Bərpası Günü qeyd olunub

UNEC-in Biznes və Menecment fakültəsi ilə Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunan seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarı dekan müavini Elbrus Əkbərov açaraq, 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin müstəqil inkişaf dövrünün başlandığını deyib. O, müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini diqqətə çatdırıb.

 

Sonra “Humanitar fənlər” kafederasının professoru, tarixçi-alim Nizami Süleymanov tələbələr qarşısında məruzə ilə çıxış edərək, müstəqilliyimizin keçmişi və bu günü haqqında geniş məlumat verib.

 

Kafedranın müdiri professor Vəkil Həsənov isə 44 günlük Vətən müharibəsi və işğaldan azad olunan torpaqlarda aparılan antiterror əməliyyatlarından söz açıb.

 

Tələbələrin böyük maraqla dinlədikləri məruzələrindən sonra onları maraqlandıran suallar cavablandırılıb.