Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-09 12:12:00
İsraildəki azərbaycanlı tələbələr ölkəni tərk etmək istəmir

Hazırda gündəmi zəbt edən məsələlərdən biri İsarildə olan müharibə vəziyyəti ilə əlaqədardır. Həmin ərazilərdə digər azsaylı xalqlar kimi azərbaycanlılar da yaşayır.

 

İsrail Səhiyyə Nazirliyindən yayılan son məlumata əsasən İsrail və HƏMAS arasındakı toqquşmalar nəticəsində zərərçəkən israillilərin sayı 2382 nəfərə yüksəlib.

 

Bəs zərərçəkənlər arasında azərbaycanlı tələbələr var? Onların hazırkı durumu, ölkəyə gətirilmələri ilə bağlı proses başlayıbmı?

 

AzEdu.az bu barədə məlumat almaq üçün İsraildəki diaspor fəallardan olan Şmuel Siman Tova müraciət edib.

 

Onun sözlərinə görə hazırda İsraildə olan 10-15 tələbə ilə əlaqə saxlayıb ölkəyə gətirilmələri ilə bağlı yardım göstərəcəklərini bildiriblər:

 

“Ancaq həmin tələbələr və ailələri ölkəni tərk etmək istəmədiklərini dedilər. Bunun səbəbi isə onların proseslərdən uzaq yerlərdə yerləşmiş olmaları ilə əlaqədardır”.

 

Digər bir diaspor fəalı olan Yeganı Salmanın verdiyi məlumata əsasən hazırda orada üç nəfər azərbaycanlı tələbə var:

 

"Onlar xüsusi proqramla gəliblər. Səfirliyimiz həmin tələbələrlə əlaqədədir. Hər şey yaxşıdır. Onlar təhlükəsiz yerdədilər".