Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 12:42:00
RƏSMİ - Bu fənlərin dərslik proqramında dəyişikliklər var

Yeni dərslik komplektləri Tədris Resursları Mərkəzində hazırlanır. Orta təhsil səviyyəsi üçün hazırlanan dərsliklər bir il pilot sınağından keçirilir. Mərkəzin əməkdaşları və müəlliflər ildə iki dəfə (birinci və ikinci yarımilin sonununda) pilot siniflərində monitorinq keçirir.

 

Bu il monitorinq olunan dərslik proqramlarında hansı dəyişikliklər olunub? Bəs ən çox hansı fənnin proqramında dəyişiklik edilib?

 

Suallarımızı cavablandıran Azərbaycan Respublikası Təhsil İnstitunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov bildirib ki, Tədris Resursları Mərkəzinin təşkilatçılığı ilə hazırlanan və pilot sınağına təqdim olunan bütün dərsliklər yeni fənn kurikulumlarına əsaslanıb:

 

“Bunlar II siniflər üçün Həyat bilgisi, VI sinif üçün Coğrafiya və Azərbaycan dili, VII sinif üçün Fizika, Biologiya, Kimya və Coğrafiyadır.

 

Kütləvi tətbiq olunan dərsliklər isə IV sinif üçün Azərbaycan dili (tədris dili), Azərbaycan dili (dövlət dili), Riyaziyyat; VI sinif üçün Təbiət dərslikləridir”.