Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 11:03:00
Yeni tədris ilində işə götürülən müəllimlərin sayı AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən 4 368 nəfər müddətsiz müqavilə əsasında işlə təmin olunub.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, müddətli müqavilə ilə vakansiya seçimlərində 2 351 nəfər uğur qazanıb. Bu günə qədər əlavə yerləşdirmə mərhələsi üzrə isə 1 022 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.