Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-12 16:50:23
Şərqi Zəngəzur: təhsil işçilərinin sentyabr konfransı..

Sentyabrın 12-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər və tədris ili ərzində müxtəlif olimpiada və müsabiqələrin qalibi olan şagirdlər iştirak ediblər.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək  ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, yeni tikilən məktəblər, şagird davranış qaydaları barədə danışıb, yeni dərs ilinin əsas hədəflərini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

 

Daha sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ötən tədris ilinə dair  hesabatla çıxış edib.

 

Konfransda həmçinin 2022-2023-cü tədris ilində nümunəvi fəaliyyətləri ilə seçilən məktəblər, direktorlar, müəllimlər təltif olunub.

 

Tədbir bədii proqramla yekunlaşdırılıb.