Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 16:08:00
"HORİZON-2020"də ideyadan layihənin təqdim edilməsinə doğru" metodik vəsaiti dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu tərəfindən Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya çərçivə proqramında iştirak etməyi planlaşdıran alimlər üçün "HORİZON-2020"də ideyadan layihənin təqdim edilməsinə doğru" metodik vəsaiti dərc olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, nəşr institutun xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, "HORİZON-2020" proqramının hüquqi və maliyyə aspektləri üzrə milli təmsilçisi, tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, Xalidə Məlikova, Sevinc Babayeva və Vasif Həsənovun müəllifliyi ilə hazırlanıb.

Metodik vəsaitdə "HORİZON-2020"nin bütün strukturu və tərkib hissələri, çərçivə proqramında tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılması və təqdim edilməsi barədə məlumatlar verilib. Bundan əlavə, "HORİZON-2020"nin müxtəlif istiqamətləri üzrə milli təmsilçilərin siyahısı əksini tapıb.

Nəşrdən "HORİZON-2020"də iştirak etmək istəyən kiçik və orta sahibkarlar, dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də yararlana bilərlər.