Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-09 16:16:11
“Engineering Camp” tələbə düşərgəsinin açılışı olub

“Bir Könüllü” Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsi “EESTEC Observer Baku” (Eestec Observer Baku) birgə təşkilatçılığı ilə “Zuğulba” tədris-idman bazasında keçirilən “Engineering Camp” tələbə düşərgəsinin açılış tədbiri baş tutub!

 

AzEdu.az xəbər verir ki. bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. 

 

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev iştirak edib, mühəndislik sahəsində təhsil alan tələbələrə düşərgənin məqsədi, perspektivləri və şəxsi təcrübələri haqqında ətraflı məlumat veriblər.

Tədbirin ardınca Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov iştirakçılarla innovasiyalar mövzusunda təqdimatla çıxış edib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Günün ikinci yarısında iştirakçılar üçün SABAH HUB-ın proqram meneceri Əminə Məlikovanın təqdimatında “Sahibkarlıq və Start-up təfəkkürünün formalaşması” mövzusunda təlim sessiyası təşkil olunub.

Təlim çərçivəsində sahibkarlığın və start-upların əsas prinsipləri, start-upların inkişaf modeli və strateji planlaması və s. məsələlər iştirakçılarla birlikdə müzakirə edilib.