Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-09 15:04:09
Dövlət Vergi Xidmətinə qəbul üçün imtahan keçirilib

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq

 

 
 

Dövlət İmtahan Mərkəzi 2023-cü il sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
 

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 3 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 42 nəzarətçi-müəllim və 5 buraxılış rejimi əməkdaşı ayrılıb.

Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.